Heydər Əliyev Sarayına direktor müavini təyin edilib.

Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib.

Qeyd edək ki, A.Fərəczadə bu təyinatadək Heydər Əliyev Sarayında baş administrator vəzifəsində çalışıb.

Xatırladaq ki, 2023-cü il 25 noyabr tarixində İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.