"Hazırkı hökumət dövründə koalisiya qüvvələrinin mandatı uzadılmayacaq. artıq proses bitəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İraq hökumətinin sözçüsü Bəsim Avvadi ABŞ-ın rəhbərlik etdiyi İraqdakı koalisiya qüvvələrinin mandatının uzadılıb-uzadılmaycağı barədə suala cavabda deyib.

O bildirib ki, hazırkı hökumət dövründə koalisiya qüvvələrinin mandatı başa çatacaq: "İraqda koalisiya qüvvələrinin varlığı Baş nazir Məhəmməd Şia əl-Sudani hökumətinin səlahiyyət müddəti bitmədən sonlandırılacaq".

Xatırladaq ki, dünən paytaxt Bağdadda beynəlxalq koalisiya qüvvələrinin bitmək üzrə olan missiyasını müddətinin yenidən uzadılması ilə bağlı İraq və ABŞ arasında birgə yüksək hərbi komitənin ilk iclası keçirilib.

Görüşdən sonra ölkədə koalisiya qüvvələrinin mövcudluğuna son verilməsi məsələsi ilə bağlı hərbçilər arasında təmaslaırn davamına qərar verilib: "Hərbçilər koalisiya qüvvələrinin ölkədən çıxarılması üçün vaxt cədvəlini müəyyən edəcək".

Zülfiyyə

MİA.AZ