İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunisda ağır şəraitdə olan 500 mindən çox insanı deportasiyaya məcbur edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Fələstin Xarici İşlər Nazirliyi yayıb.
Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrail ordusunun Xan Yunusdakı xəstəxana və sağlamlıq müəssisələri də daxil olmaqla, 500 mindən çox insanı yaşadıqları yerlərdən "sürgün"ə zorlayıb: "İsrail hərbçiləri ağır bomardmanlar altında qalan bölgədə qadın, uşaq, qoca, xəstə və xüsusi qayğıya ehtiyacı olan insanların çoxluğuna əhəmiyyət vermədən onları yurdlaırnı tərk etməyə məcbur buraxıb. Hazırda qida, su və digər zəriuri gündəlik ehtiyaclardan məhrum buraxılan 500 min insan "təhlükəsiz yer" axtarışı ilə evlərindən didərgin düşüblər".
Bəyanatda o da deyilir k, İsrail ərbçiləri bu azmış kmi, köç edən ailələrin kişilərini həbs edərək qadın və uşaqları başçsı qoyur: "Hazırda pis hava şəraitində 500 mindən çox insan bomvalardan uzaq özünə sığınacaq yeri axtarır".
Firudin Səfərli
MİA.AZ