"Azərbaycanın davamlı və bərpa olunan enerjiyə keçidə nail olmaq öhdəliyi sarsılmazdır".
Mia.az xəbər verir ki, bu sözlər Xarici İşlər Nazirliyinin sosial media hesabındakı paylaşımda qeyd olunub.
Paylaşımda daha sonra deyilir: "Bərpa olunan enerji infrastrukturuna əhəmiyyətli investisiyaları vurğulayan COP29-un ev sahibi olaraq biz hamı üçün daha davamlı gələcəyə sadiqliyimizi bir daha təsdiqləyirik".