Britaniyalı məşhur biznesmen Çində həbs edilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Wall Street Journal" yazıb.
Nəşr bildirib ki, Şində 40 ildir biznes strukturları olan britaniyalı biznesmen Ian J. Stones 2022-ci ildə casusluqda ittiham olunaraq həbsə məhkum olunub.
Bu gün isə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin gündəlik mətbuat konfransında faktı təsdiqləyib.
O, Stonesin 2022-ci ildə "xarici qüvvələrə kəşfiyyat məlumatı ötürməkdə" ittham olunduğunu və bu səbəbdən 5 il həbs cəzasına məhkum olduğunu bildirib.
Fərid Aslan
MİA.AZ