Qəzzada daha 183 nəfər ölüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Fələstinin rəsmi WAFA agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail ordusu tərəfindən son 24 saat ərzində Qəzzada fələstinlilərin evlərinə 19 hücum təşkil olunub: "Hücumlar nəticəsində son sutkada daha 183 nəfər öldürülüb. Bununla da savaş başlayandan bu yana ölənlərin sayı 26 min 83 nəfərə çatıb, 64 487 nəfər isə yaralı var".
Xəbərdə o da iddia olunur ki, indiyə qədər dağıntılar altında 7 mindən çox insan qalıb: "Onların cəsədlərini hələ də çıxarmaq mümkün olmayıb".
Tahir Şəlvəli
MİA.AZ