ABŞ prezidenti Co Bayden HƏMAS ilə İsrail arasında atəşkəs və geniş miqyaslı əsir mübadiləsi razılaşması üzrə danışıqlara Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsi göndərir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasion məlumatı “The Washington Post” qəzeti yazıb.
Qəzetin iddiasına əsasən, CIA rəhbəri Həmas ilə İsrail arasında atəşkəs və əsir mübadiləsi ilə bağlı danışıqlar aparacaq: "Berns yaxın günlərdə Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani və misirli həmkarı ilə görüşəcək. O, bu görüşlərdən sonra qarşı tərəflərlə təmasda olacaq".
Samir Musayev
MİA.AZ