"Rusiya təyyarəsinin qəzaya uğraması ilə bağlı Ukrayna ilə birgə işləyirik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel gündəlik mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarına cavab olaraq bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin "qəza” ilə bağlı beynəlxalq təhqiqat aparılması çağırışı müsbət qarşılanır: "Biz bu hadisə ilə bağlı bütün iddiaları dəqiqələşdirmək və faktları üzə çıxarmaq üçün Ukraynadakı həmkarlarımızla yaxından işləməyə davam edirik”.
Xatırladaq ki, Rusiya bir neçə gün əvvəl içində 65 ukraynalı əsiirn də olduğu İL-76 təyyarəsinin Ukrayna tərəfindən vurulduğunu elan edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Siyasi və Sülh Quruculuğu Məsələləri üzrə Baş Katibinin müavini Rozmari DiKarlo və digər Qərb ölkələri isə Rusiyadan gələn xəbərləri təsdiqləmək iqtidarında olmaqlarını açıqlayıblar.
Samir Musayev
MİA.AZ