"Biz İraqdakı ABŞ əsgərlərinin gələcəyi ilə bağlı Bağdad iqtidarı ilə danışıqlara hazırlaşırıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Lloyd Ostin deyib.
Onun sözlərinə görə, ABŞ və İraq hökuməti arasında qurulan ABŞ-İraq Ali Hərbi Komissiyasının işçi qrupunun iclasları yaxın günlərdə başlayacaq: "Görüşlərdə ABŞ hərbi varlığının İraqdakı gələcəyi müzakirə ediləcək".
Qeyd edək ki, hazırda ABŞ-ın İraqda təxminən 2500 hərbçisi var.
Lamiyə Əhmədli
MİA.AZ