İsrail əsir mübadiləsi yolu ilə azad etdiyi fələstinli gənci yenə həbs edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail qüvvələri HƏMAS ilə son əsir mübadiləsi çərçivəsində azad edilən fələstinli 18 yaşlı fələstinli Əhməd Vəlid Həsəni yenidən qandallayıb.

Bu məlumatı Fələstin Əsirlər Dərnəyi təsdiqləyib.

Bildirilib ki, 18 yaşlı gənc İsrail qüvvələri tərəfindən İordan çayının qərb sahilində yerləşən Biyr əl-Başa qəsəbəsindəki evlərinə edilən basqınla tutulub.

Tahir Şəlvəli

MİA.AZ