"Rusiya ilə təbii qaz tranziti müqaviləsi 2024-cü ildən sonra uzadılmayacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna hökuməti rəsmi məlumat yayıb.

Nazirlər Kabinetindən bildirilib ki, təbii qazın tranziti ilə bağlı Ukrayna rəhbərliyinin mövqeyi aydın və dəyişməzdir: "Təbii qazın Avropaya boru kəmərləri ilə nəqlini nəzərdə tutan müqavilənin müddəti 2024-cü ilin sonunda bitir. Biz Rusiya ilə bu məsələ ilə bağlı yeni danışıqlar aparmaq fikrində deyilik. Saziş uzadılmayacaq”. 

Məlumata o da əlavə olunub ki, Rusiyadan Avropaya nəql edilən qazın həcmi 2022-ci illə müqayisədə 28,4 faiz azalaraq 14,6 milyard kubmetrə düşüb.

Lamiyə Əhmədli

MİA.AZ