Zədəsini sağaltmasına baxmayaraq, "Real Madrid"də oynaya bilməyən türk oyunçu Arda Gülərin son "Almeriya" matçında baş məşqçi Ançelottiyə etirazı klub rəhbərliyini qəzəbləndirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həmin oyunda meydana buraxılmamasına etiraz edən Arda Gülər jiletini yerə çırparaq soyunma otağına yollanıb. Ki, bu da italiyalı məşqçinin xoşlanmadığı davranışdır.
Məlumata görə, bu səbəbdən türk oyunçu 1 il müddətinə "Real Sosyedad"a icarəyə verilməsi istiqamətində danışıqlar başlayıb.
Türk mətbuatı yazır ki, artıq Arda Gülərə "çantanı hazırla, gedirsən" tapşırığı verilib.
Fərid
MİA.AZ