Türkiyə Super Liqasında bu gün "Fənərbağça" səfərdə "RAMS Başakşehir"la qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş hakim Abdulkadir Bitigenin idarə etdiyi matçda "Fənərbağça" 1:0 hesabı ilə qalib gəlib.

Oyundakı yeganə qolu 90+4-də penaltidən Mişi Batşuayi vurub.

Bu qələbə ilə "Fənərbağça" 57 xalla lider kürsüsündəki mövqeyini qoruyub.

Fərid

MİA.AZ