Azərbaycan Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılış mərasimi keçirilib.
Mia.az xəbər verir ki, tədbir Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə baş tutub.
Yanvarın 28-dək davam edəcək festivalda qədim Çin çay mərasimi, kalliqrafiya (açıqcaların ieroqliflərlə yazılması), uşu, kunq-fu və s. üzrə biri-birindən maraqlı ustad dərsləri, ənənəvi bayram atributları iştirakçılara əsl Çin Yeni ili ab-havası yaşadır. Ecazkar ölkənin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri Bakıdakı Konfutsi İnstitutunun müəllimləri tərəfindən aparılır. Silsilə tədbirlərdə muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan xalçalarındakı əjdahalara həsr olunmuş kölgə teatr tamaşası göstərilir, əjdaha naxışlı xalçanın toxunması və bu mövzuya aid digər ustad dərsləri keçirilir. Festivalda iştirak ödənişsizdir.
“Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” iki ölkə arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfədir.
Festivalın proqramı
24 yanvar 2024-cü il, saat: 14:00 – 16:00
- “Tzyançjı” Çin kağızkəsmə sənəti texnikasında pəncərələr üçün Yeni il bəzəklərinin hazırlanması;
- kağızdan Çin fənərlərinin hazırlanması;
- sehrli çin düyünləri – Çin makrame texnikasında qolbağların hazırlanması;
- aplikasiya üsulu ilə vərninin hazırlanması;
- “Əjdahalı” xalça naxışları mövzusunda özün rənglə;
- “Azərbaycanın əjdahalı xalçaları” mövzusunda kölgə teatrı tamaşası.
25 yanvar 2024-cü il, saat 14:00 – 16:00
- uşu üzrə ustad dərsi;
- şəddənin toxunması;
- “Əjdahalı” xalça naxışları mövzusunda özün rənglə;
- “Azərbaycanın əjdahalı xalçaları” mövzusunda kölgə teatrı tamaşası.
26 yanvar 2024-cü il, saat 14:00 – 16:00
- Çin ənənəvi çay mədəniyyəti üzrə ustad dərsi;
- aplikasiya üsulu ilə vərninin hazırlanması;
- “Əjdahalı” xalça naxışları mövzusunda özün rənglə;
- “Azərbaycanın əjdahalı xalçaları” mövzusunda kölgə teatrı tamaşası.
27 yanvar 2024-cü il, saat 14:00 – 16:00
- kalliqrafiya (Çin açıqcalarının ieroqliflərlə yazılması) üzrə ustad dərsi;
- şəddənin toxunması;
- “Əjdahalı” xalça naxışları mövzusunda özün rənglə;
- “Azərbaycanın əjdahalı xalçaları” mövzusunda kölgə teatrı tamaşası.
28 yanvar 2024-cü il, saat 14:00 – 17:00
- Çin milli moda nümayişi və xalq rəqslər;
- aplikasiya üsulu ilə vərninin hazırlanması;
- “Əjdahalı” xalça naxışları mövzusunda özün rənglə;
- “Azərbaycanın əjdahalı xalçaları” mövzusunda kölgə teatrı tamaşası;
- Bahar bayramı (Çin Yeni ili) qala-konserti.