İsveçin Baş naziri Ulf Kristersson Türkiyə Böyük Millət Məclisinin (Parlament -Mia.az) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsinə operativ münasibət bildirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Türkiyə Böyük Millət Məclisinin müsbət qərarıan belə reaksiya verib: "Bu gün NATO-ya tam üzvlüyə bir addım daha yaxınlaşdıq".
Baş nazir sosial media hesabındakı paylaşımda Türkiyəyə müsbət qərara görə təşəkkür də edib.
Xatırladaq ki, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünə "hə" qərarı verib.
Layihənin lehinə 287 deputat səs verib, 55 deputat isə qarşı çıxıb.
Tahir Şəlvəli
MİA.AZ