ABŞ müdafiə naziri Lloyd Ostin prostatdan əməliyyat ounmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 22 dekabr 2023-cü ildə gizli xəstəxanaya yerləşdirilməsi barədə Ağ Ev və Konqresi məlumatlandırmadığndan gərginlik yarandığından Ostin videokonfrans vasitəsilə Ukrayna Müdafiə Əlaqə Qrupunun aylıq iclasına qatılması böyük maraq doğurub.
ABŞ müdafiə naziri çıxşında belə başlayıb: "Hamınızı yenidən görmək çox gözəldir. Gördüyünüz kimi bu gün evdən iclasa qatılıram. Özümü yaxşı hiss edirəm və tezliklə Pentaqona - vəzifəmin başına dönəcəyimi səbirsizliklə gözləyirəm”.
Zülfiyyə
MİA.AZ