Almaniya Maşınistlər İttifaqının (GDL) sabahdan başlayacaq və yanvarın 29-na kimi davam edəcək böyük etiraz tətilinə başlayır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Alman Dəmir Yolları ilə əmək haqqının artırılması danışıqları bir daha uğursuz nəticələndikdən sonra dəmiryolçular son 3 ayda dördüncü tətil qərarına gəliblər.
Məlumata görə, bu gün ölkəboyu yük qatarlarında yerli vaxtla saat 18.00-da, sərnişin qatarlarında isə yanvarın 24-də saat 02.00-da başlayaraq hərəkət tamamilə dayandırılır: "Aksiya yanvarın 29-u saat 18:00-da yekunlaşacaq".
Dəmiryolçuların Həmkarlar ittifaqı hökumətdən artan inflyasiya ilə əlaqədar olaraq maaşlarına aylıq 550 avro əlavə, hər il üçün birdəfəlik 3 min avro tələb edirlər: "Bununla yanaşı, iş saatlarının həftədə 38 saatdan 35 saata endirilməsi tələbi də var".
Samir Musayev
MİA.AZ