"Fəthlərin Sultanı Mehmet" serialının çəkilişində atdan yıxılaraq ağır yaralanan tanınmış aktyor Sinan Albayrak xəstəxanadan açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, sosial media hesabında xəstə yatağından pərəstişkarlarına müraciət edib: "Kiçik qəza keçirdim. Atdan yıxıldıq. Həmin an orada qısa müddət huşunu itirmişdim, xəsarətlərim var, sürətlə sağalıram. İndi yaxşıyam. Axtaran, maraqlanan hər kəsə təşəkkür edirəm. Narahat olmayın”.

Ləman

MİA.AZ