İsrail oktyabrın 7-dən bu yana İordan çayının qərb sahilində 6220 fələstinlini həbs edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi hesabat yayıb.

Hesabata əsasən, İsrail qüvvələri son 24 saatda Tulkerim, Nablus, Ramallah, Qüds, Hebron və Bethlehemdə həbsləri davam etdirib: "Son gündə daha 25 fələstinli əsassız olaraq saxlanılaraq, naməlum istimaqamətə aparılıb".

Samir Musayev

MİA.AZ