Türkiyədə Yılmaz Ərdoğan və Hazar Ergüçlünün baş rollarda oynadığı "İnci Taneleri" serialında "Gemileri Yakarım" mahnısı ilə qısa zamanda milyonların sevimlisinə çevrilən müğənni Sincanlı Erkal "səhnə haqqı"nı 4 min lirədən (təxminən 250 manat) 300 min lirəyə (17 min manat) yüksəldib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, serialda "Dilbər"in rəqsi ilə müşayiət olunan "Gemileri Yakarım" mahnısı qısa zamanda ölkədə populyarlaşıb.

Türkiyə mediası yazır ki, bundna sonra Sincanlı Erkala toylara dəvətlər kəskin artıb: "O da popilyarlığın verdiyi şansı dəyərləndirərək, toy haqqını 300 min manata qaldırıb".

Xatrladaq ki, serial həyat yoldaşı və iki övladı ilə xoşbəxt həyat yaşayan "Azem"in illərini dörd divar arasında keçirməsindən sonra uUşaqlarını tapmaq və onlarla yenidən masa ətrafında otura bilmək arzusundanb  bəhs edir. Lakin zaman o qədər şeyi dəyişib ki...

Yılmaz Erdoğan, Selma Ergeç, Kubilay Aka, Güven Kıraç və Yasemin Baştanın rol aldığı BKM Yapım-ın İnci Taneleri serialı yanvarın 25-də ekranlara gələcək.

Ləman

MİA.AZ