Qana yığması Afrika kuboku ilə vidalaşıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gecə B qrupunda mübarizə aparan Qana və Mozambik yığmaları üz-üzə gəlib.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb və bu hesaba görə Qana mübarizəni dayandırıb.
Bununla da Qana millisində çıxış edən "Fənərbağça"nın futbolçusu Ciku və "Beşiktaş"ın futbolçusu Amartey klublarılna daha tez dönəcəklər.
Fərid
MİA.AZ