Afrika Millətlər Kubokunun C qrupunda son çempion Seneqal və Kamerun son 16 tura yüksəlib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən axşam C qrupunun son oyunları keçirilib.
Turnirin son çempionu Seneqal Abdoulaye Seck və İliman Ndiayenin qolları ilə Qvineyanı 2:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqəni təmin edib.
Qrupun digər matçında Kamerun Qambiyanı 3-2 məğlub edərək adını 1/16-ə yazdırıb.
Beləliklə, son matçlardan sonra Seneqal və Kamerun yığmaları övbəti mərhələyə vəsiqə qazanıblar.
Fərid
MİA.AZ