"Oktyabrın 7-dən bəri Qəzza zolağında bu gün ən uzun rabitə kəsintisi baş verib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu nəlumatı Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) yayıb.
Bildirilib ki, hazırda Qəzza zolağında yaşayanların dünya ilə əlaqəsi yoxdur: "Bu, təcrid siyasətinin daha dərin xakarker alması deməkdir. Rabitənin kəsilməsi həm də humanitar yardımı əngəlləyib".
Xatırladaq ki, Qəzza zolağında 7 oktyabrdan bəri İsrailin hücumları nəticəsində su, qida, dərman, elektrik və yanacaq təchizatı kəsilib, üstəlik, sabit telefon, mobil telefon və internet xidmətləri də infrastrukturun vurulması nəticəsində tez-tez sıradan çıxaırlır.
Bu günədək İsrail müharibə başlayandan bəri Qəzza zolağında 9 dəfə kommunikasiyanı kəsib.
Firudin Səfərli
MİA.AZ