23 yanvar tarixində, saat 16:00-da Azərbaycan Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılışı keçiriləcək.
Mia.az xəbər verir ki, tədbir Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə baş tutacaq.
Yanvarın 28-dək davam edəcək “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” iki ölkə arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfə olacaq.
Xatırladaq ki, festivala Mia.az-ın əməkdaşları da dəvət olunub.
Ləman
Mia.az