Son iki ildə Şərur Rayon Mədəniyyət İdarəsinə rəhbərlik etmiş Musayev Abbas Namiq oğlu ötən ilin dekabr ayında vəzifəsindən azad olunub.
Mia.az xəbər verir ki, Abbas Musayev Azinforum.az-a açıqlamasında işdən azad edilməsinin səbəbini hazırda MR-in mədəniyyət naziri vəzifəsini icra edən Həsən Seyidovun ona qarşı qərəzli olması ilə izah edib.
O, nazir əvəzinin vaxtilə Şərur Mədəniyyət İdarəsinin rəisi olduğunu və yol verdiyi korrupsiya faktlarına görə rəsmən 20 min manat cərimə ödəyərək vəzifədən azad olunduğunu deyib və bir sıra iddialar səsləndirib.
Sabiq rəisinin sözlərinə görə, HəsənSeyidov vəzifədən çıxarıldıqdan snra isə Şərud mədəniyyətinə o, rəhbər təyin olunub....
Bununla yanaşı, yayılan məlumata görə, nazir onu qanunsuz olaraq vəzifədən azad edərək, yerinə ixtisasca çoğrafiya müəllimini təyin edib.
Bu və ya digər maraqlı iddiaları irəli sürən sabiq rəislə bağlı videomaterialı təqdim edirik: