İranın Kirman şəhərində hərbi kazarmada silahlı insident baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi İRNA məlumat yayıb.
İran Ordusu Cənub-Şərqi Regional Qərargah komandanı Əmir Qulaməliyan hadisə ilə bağlı bildirib ki, əsgərlərdən birinin hərbi hissənin yataqxanasında hərbçi yoldaşlarını atəşə tutub: "Nəticədə 5 nəfər həlak olub".
General qeyd edib ki, hadisə hərtərəfli araşdırılır: "Silahlı insidentin səbəbi hələ məlum deyil. Hadisədən sonra qaçan əsgərin tutulması üçün əməliyyat başlayıb".
Tahir Şəlvəli
MİA.AZ