İspaniya La Liqasında sonuncu pillədə qərarlaşan "Almeriya" "Real Madrid"ə çətin anlar yaşadıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Real Madrid" 2:0 hesabıyla geriyə düşdüyü oyunda toparlanaraq qalib ayrılmağı bacarıb.
Belə ki, Santiago Bernabeu stadionunda keçirilən matçın ilk dəqiqəsində "Real Madrid" müdafiəsinin səhvindən istifadə edən "Almeriya" topu tora göndərib - 0:1.
"Almeriya" 43-cü dəqiqədə Edqar Estradanın gözəl qolu ilə daha bir qol atıb - 0:2.
Karlo Ançelotti ikinci hissədə Naço, Mendi və Rodriqonu Çuameni, Fran Qarsiya və Xoselu ilə əvəzləyib.
Bundan sonra oyunda üstünlüyü ələ alan Madrid komandası 57-ci dəqiqədə Jude Bellinqhemin penaltidən vurduğu qolla fərqi 1-ə endirib - 1:2.
"Almeria"nın 61-ci dəqiqədə vurduğu qol isə hesaba alınmayıb.
Bundan 6 dəqiqə sonra "Real" Vinisius Juniorun qolu ilə hesabı bərabərləşdirib - 2:2.
"Real Madrid" 90+9-cu dəqiqədə isə Dani Karvaxallanın qolu ilə qələbə qoluna imza atıb - 3:2.
Bununla da xalını 51-ə yüksəldən "Real Madrid" bir oytun üstünlüyü ilə lider kürsüsünə oturub.
Onu da qeyd edək ki, bu oyunda da türk oyunçu Arda Gülər oyunda yer almayıb. O, bir ara kənarda isinsə də, baş məşqçi Ançelotti ona şans verməyib.
Fərid Aslan
MİA.AZ