Baş məşqçisi Fatih Terim olan "Panatinaikos" yunan futbolçu Anastasios Bakasetasla yanaşı, daha bir transfer həyata keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Panatinaikos" bu dəfə "Trabzonspor"un sabiq futbolçularından Vitor Hüqo ilə razılaşıb.
"Panatinaikos"dan verilən açıqlamaya görə, 32 yaşlı braziliyalı müdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb.
Xatırladaq ki, 2020-2023-cü illərdə “Trabzonspor”da çıxış edən Vitor Hüqo daha sonra ölkəsinin “Bahia” komandasına transfer olunub.
Fərid Aslan
MİA.AZ