Belarus Prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət alıb.
Belarus prezidentinin mətbuat xidmətinə bağlı “Pul Pervoqo” Teleqram kanalı ölkə liderinin sözlərindən sitat gətirib.
“Odun doğrayırdım, ayağıma təxminən 80 kiloqramlıq kötük düşdü. Gəzdim, yeridim, heç nə olmamış kimi...” - Lukaşenko deyib.
Dövlət başçısı bundan sonra ayağının şişdiyini vurğulayıb.
Belarus prezidenti zədə səbəbindən Moqilev vilayətinin xokkey komandası ilə qarşıdakı oyunda iştirak etməyəcək(Teleqraf.com)