Türkiyənin Sakarya şəhərinin Serdivan rayonunda əsəb sarsıntııs keçirən polis zabiti dəhşət saçıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İlker Tarık Ünal boşanma mərhələsində olan həyat yoldaşı ilə danışmaq üçün evə gəlib.

Bu zaman onların arasında mübahisə böyüyüb.

Məlumata görə, əsəbini cilovlaya bilməyən komissar qızı, həyat yoldaşı Nesrin Ünalı və öz anasını güllələdikdən sonra intihar edib: "Komissar və qızı hadisə yerində, həyat yoldaşı isə aparıldığı xəstəxanada dünyasını dəyişib. Anası isə ağır yaralı halda müalicədədir"

Firudin Səfərli

MİA.AZ