ABŞ 3 gün əvvəl vəzifəsini tərk edən Qvatemalanın keçmiş prezidentinə ölkəyə girişini qadağan edib.

Mia.az xaric mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Məlumaat göərə, bir müddət əvvəl  korrupsiyada ittiham olunan keçmiş prezidenti Alejandro Giammatte ABŞ-a buraxılmayacaq.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Dövlət Departamenti Giammatteinin dövlət başçısı olarkən rüşvət alması və sair faktlara gəörə belə qərar qəbul edib: "Birləşmiş Ştatlar Qvatemalada demokratiyaya zərbə vurmaqda ittiham olunan yüzlərlə məmur və vətəndaşa qarşı sanksiya tətbiq edib".

Lamiyə

MİA.AZ