Türkiyə Super Liqasının lideri "Fənərbağça" bu gün Ziraat Türkiyə Kubokunun 5-ci turu çərçivəsində 1-ci Liqa təmsilçisi "Adanaspor"u qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Ülker Stadionu"nda oynanan matça sürətli başlayan "Fənərbağça" 29-cu dəqiqədə Linkoln Henrikenin möhtəşəm qolu ilə önə keçib. 

Hücumlarını davam etdirən istanbul komandası 39-cu dəqiqədə Mişi Batshuayi ilə fərqi 2-yə yüksəldib.

50-ci dəqiqədə Batshuayi ilə fərqi 3-ə çatdıırb. Qarşılaşmanın 68 və 71-ci dəqiqələrində Batşuayi ilə daha 2 qol vurub. 81-ci dəqiqədə Mert Hakan Yandaşla hesabı tamamlayıb - 6:0

Oyun bu hesabla başa çatıb və "Fənərbağça" 1/16-a yüksəlib.

Fərid Aslan

MİA.AZ