Bir müddət "Fənərbağça"nın da sükanı arxasında olan 76 yaşlı baş məşqçi Dik Advokat çoxlarının gözlədiyi kimi pensiyaya getməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, yenidən aktiv futbol həyatına dönüb.

Məlumata görə, 76 yaşlı baş məşqçi Dik Advokat Kurasao milli komandası ilə müqavilə imzalayıb.

Advokatın yeni həmləsi qədər, onun seçdiyi ölkədə dünya çapında böyük maraq oyadıb: "Artıq ölkə haqqında heç bir məlumatı olmayan bir çox futbolsevər Kurasao adını eşidən kimi, onun harada yerləşməsi barədə maraqlanmağa başlayıb. Aydın olub ki, hollandiyalı məşqçi Latın Ameriada olan cırtdan bir ölkənin millisinin başına keçib".

Xəbərdə deyilir ki, Dik Advokat Kurasao milli Komandası ilə 1 illik müqavilə imzalayıb. 

Xatırladaq ki, Karib dənizinin cənubunda və Venesuelanın şimalında yerləşən ada ölkəsi Kurasao Hollandiya Krallığını təşkil edən dörd ölkədən biridir. Sahəsi 444 km2 olan adanın əhalisi 150.000-dən çoxdur. Paytaxtı Villemstad şəhəri olan Kyurasaonun iqtisadiyyatında turizm mühüm yer tutur.

Fərid Aslan

MİA.AZ