"Qəzza zolağında hələ də 7 min insan dağıntılar altındadır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü Usamə əl-Həmda Livanın paytaxtı Beyrutda HƏMAS-ın ofisində keçirdiyi brifiqndə deyib.

O,  Qəzza zolağında yaşanan bombardman nəticəsində 70-i faizi qadın və uşaq olmaqla ümumilikdə 7 min insanın hələ də dağıntılar altında qaldığını iddia edib: “İsrail Qəzza zolağında 2 milyondan çox fələstinliyə qarşı paralel olaraq sistemli şəkildə aclıq və susuzluq müharibəsi də aparır. Hazırda blokadaya görə 800 mindən çox fələstinli əsl aclıq içərisində yaşayır. Bununla yanaşı, Qəzzadakı vəziyyətdfən qaynaqlı yoluxucu xəstəliklər də sürətlə yayyılır. Qida, su, dərman və digər əsas ehtiyaclar olmadan oradakı qardaşlarımız mübarizə aparırlar. Ağır haldır ki, İsrailin zərbələri və yanacaq çatışmazlığı səbəbindən dağıntılar altında qalanları çıxara bilmədik.  Dediyim kimi, 7 mindən çox mülki şəxs dağıntılar altında qaldı, 61 min yaralı var".

Fələstinlilərə qarşı törədilən cinayətlərə və soyqırım müharibəsinə görə İsrailə siyasi, diplomatik və hərbi dəstək verməklə ABŞ administrasiyasını və prezident Co Baydeni məsul tutduqlarını vurğulayan Həmdan bildirib ki, ABŞ rəhbərliyi baş verənlərə şərikdir.

Firudin Səfərli

MİA.AZ