1970-ci illərdə "Bayan Bacak" ləqəbi ilə məşhurlaşan keçmiş model, aktrisa və müğənni Serpil Örümcer yoxulluq içində boğulur.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, artıq yaşadığı evin kommunal borclarını ödəyə bilmir.

Bu səbəbdən illər əvvəl çəkdirdiyi fotolarını 200 TL-yə (11 manat) satışa çıxarıb.

Çətin vəziyyətdə olduğunu deyən sənətçi "İnstaqram" hesabında yayımladığı videoda deyib: "Xeyriyyə məqsədi ilə bu rəsmləri 200 TL-yə satıram. İşığımı, suyumu, təbii qaz borcumu ödəmək istəyirəm. Mənə kömək etsəniz, o zaman imzalı formada bu şəkillərimi adınızla sizə göndərə bilərəm. Çox sağ olun, Allah sizdən razı olsun".

Örümcerin bu paylaşımına pərəstişkarları qısa zamanda operativ reaksiya veriblər. Ona yardım təklifi eədn minlərlə izləyicisi olub. Bəziləri isə müğənninin acınacaqlı durumu ilə bağlı paylaşımına “Ölkəmizin sənətçilərinin durumuna baxın”, “Sənət dünyasını qoruyun”, “Sənətkarlarımızın müdafiəsinə qalxmalıyıq” kimi şərhlər yazıb.

Ləman

MİA.AZ