“Biz İraq və Pakistanın ərazi bütövlüyünə hörmət edirik, lakin milli təhlükəsizliyimizin təhdid edilməsinə əsla icazə verməyəcəyik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun sessiyasında çıxışında deyib.
Nazir qeyd edib ki, İranın İraq, Suriya və Pakistana son raket hücumların terrorla mübarizə çərçivəsində həyata keçirilib: "Bunun İsrailin Qəzzaya hücumları ilə əlaqəsi yoxdur".
Ölkəsinin İraqın Ərbil şəhərinə təşkil etdiyi hücuma gəldikdə isə,, nazir bildirib ki, burada Mossad agentləri hədəfə alınıb: "Tehran raket zərbəsindən əvvəl "Mossad"ın İraq Kürd Regional Rəhbərliyindəki fəaliyyətləri ilə bağlı İraq rəhbərliyinə kəşfiyyat məlumatlarını təqdim edib".
Pakistana hücumla bağlı söz açan İran XİN başçısı deyib ki, hədəfə alına terror qruplaşması olub: "Bu terrorçular İranın cənub-şərqindəki Rask şəhərində 12 sərhədçimizə hücum edəərk onları öldürüb. Bu hücumun məsuliyyətini üzərinə götürən "Ceyşül-Ədl" adlı təşkilat birnəmanlı İsrailə bağlıdır və biz məhz bu qruplaşmanın Pakistandakı qərargahlarını vurduq. Bu zərbədən əvvəl də təşkilata qarşı tədbir görmək üçün bir neçə dəfə Pakistan rəsmiləri ilə görüşdük, onlara lazımi məlumatları verdik...".
Tahir Şəlvəli
MİA.AZ