Dövət Baxçalının lideri olduğu Milliyyətçi Hərəkat Partiyası (MHP) daha 55 bələdiyyə üzrə sədrliyə namizədlərinin adlaırnı açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onların arasında 2-si şəhər, 3-ü böyük şəhərin tabeliyindəki rayon, 50-si isə rayon bələdiyyə sədrliyinə namizədlərdir.
Yeni siyahını MHP sədr müavini Sadir Durmaz mətbuat konfransında elan edib: "Bununla da MHP ümumilikdə 220 bələdiyyə üzrə namizədini rəsmən açıqlayıb".
Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri 31 mart 2024-cü ildə keçiriləcək.
Beləliklə, adları açıqlanan yeni namizədlərin siyahısı belədir:
Lamiyə Əhmədli
MİA.AZ