Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib.
Reyting.az xəbər verir ki, başsağlığında deyilir: "Azərbaycan jurnalistikasının dəyərli simalarından olan Səbuhi Məmmədlinin vəfatı bizi dərindən kədərləndirdi. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!".