Türkiyədə 31 martda keçiriləcək bələdiyyə seçkilərində Tunceli bələdiyyə başqanı Fatih Mehmet Maçoğlunun namizədliyi İstanbulun ən məşhur rayonu olan Kadıköydən irəli sürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun təmsil olunduğu Türkiyə Kommunist Partiyası rəsmi qərarını elan edib.

Partiya qəırala bağlı açıqlamasında bildirib ki, Kadıköyü şəxslərin qazanc üçün qapadacaq və rayon tamamilə xalqa açılacaq: "...Bizə lazım olan, kommunist prinsiplərinə əsaslanan, insanların özünü və şəhərini idarə etdiyi şəffaf, demokratik, populist bələdiyyədir. On il əvvəl Ovacıkda, daha sonra isə Tunceliyə uğurla sədrlik etmiş Fatih Mehmet Maçoğlu bu gündən İstanbul Kadköydən namizədimizdir. Əminik ki, o, əvvəlki bələdiyyələrdə xalqın ürəyincə olan yeni yanaşmalarını bu rayonda da mükəmməl formada həyata keçirəcək və xalqın ürəyini fəth edəcək".

Firudin Səfərli

MİA.AZ