"ABŞ bizə qarşı iqtisadi soyqırım həyata keçirir"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Venesuelanın vitse-prezidenti Delc Rodriguez yerli "Telesur" telekanalına müsahibəsində deyib.
O bildirib ki, bu səbəbdən ölkəsinin işçi sektoru çox ciddi zərər və problemlərlə üzləşib: "ABŞ-ın Venesuelaya tətbiq etdiyi iqtisadi soyqırıma baxmayaraq, sağ qalmağa davam edirik, eyni zamanda, sosial siyasəti davam və inkişaf etdirməyə çalışırıq".
2024-cü ildən böyük gözləntilərinin olduğunu vurğulayan Rodriguez qeyd edib ki, ölkəsi daxili imkanlar hesabına imkişafı sürətləndirməklə firavanlıq və tərəqqi ilinə qədəm qoyacaq: "Bu il aktiv işçilərin gəlirləri artıracaq. Prezident Nikolas Maduro Milli Sarayda illik mesajında iqtisadi inkişaf və sabitlik üçün milli birliyin əhəmiyyətinə diqqət çəkdi. Biz birliyə nail olsaq, qarşımızı heç kəs kəsə bilməyəcək".
O əlavə edib ki, ABŞ və Avropa İttifaqının (Aİ) iqtisadi və siyasi sanksiyalarına baxmayaraq, inkişaf yolunda irəliləməyə davam edəcəklər.
Tahir Şəlvəli
MİA.AZ