Husilər İsrail limanlarına gedən daha bir gəmini vurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Yəməndəki husilər İsrail limanlarına gedən gəmiyə qanadlı raketlə zərbə endirib.
Bu barədə yayılan xəbəri Husilərin hərbi qanadının sözçüsü Yəhya Seri "Əl-Məsirə" televiziyasına açıqlamasında təsdiqləyib: “Qəzza zolağında hücuma və blokadaya məruz qalan Fələstin xalqının zülmünə cavab olaraq Yəmən Silahlı Qüvvələri (Husilər) İsrailə gedən “Zografia” gəmisini çoxlu sayda qanadlı raketlərlə zərbələr endirib. Raketlər tam dəqiqliyi ilə hədəfinə çatıb".
Firudin Səfərli
MİA.AZ