"İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Əbu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" layihəsinin gedişatını, onun tammiqyaslı inkişafını müzakirə edib".
Mia.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial hesabında paylaşım edib.
Onun sözlərinə görə, ADNOC şirkətinin Aşağı Karbon Həllləri və Beynəlxalq İnkişaf üzrə İcraçı Direktor Musabbeh Al Kaabi (Musabbeh Al Kaabi) ilə strateji dialoq aparıb: "Dünya İqtisadi Forumu zamanı biz "Abşeron" layihəsinin gedişatını, onun tammiqyaslı inkişafını, həmçinin aşağı karbonlu həlləri və bərpa olunan enerji resurslarını müzakirə etdik və gələcək əməkdaşlıq üçün potensial imkanları araşdırdıq"