İsrail qüvvələri ötən həftə geri çəkildikləri Qəzza zolağının şimalına yenidən qoşun yeridib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail qüvvələri Qəzza zolağının şimalında - Cibaliya, Beyt Hanun, Beyt Lahiya daxil daha bir neçə qəsəbəyə təkrar hücuma keçib.
Məlumata görə, hazırda Şucayya, əl-Tuffah məhəllələri və Senafur bölgəsində, Cibaliyanın Cəbəl-Rəys, Beyt Hanun əl-Sikke və Beyt-Ləhiyyənin Um ən-Nəsr kəndlərində İsrail qüvvələri ilə Fələstin müqavimət qrupları arasında toqquşmalar şiddətlənib: "İsrail qüvvələri bu ərazilərə quru qoşunlaır yeritməmişdən əvvəl oranı şiddətli şəkildə bombalayıb. Şahidlər bombardmandan sonra çoxlu ölü və yaralı olduğunu bildiriblər. Amma buna baxmayaraq, İsrail ordusunun yanvarın əvvəlində geri çəkildiyi bölgədə onlarən təkrar hücumuna çox ciddi müqavimət var..."
Tahir Şəlvəli
MİA.AZ