Çilidə yanğını söndürmək üçün yola çıxan kiçik təyyarə qanadlarından birinin elektrik dirəyinə dəyməsi nəticəsində qəzaya uğrayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dəhşətli qəzanın görüntüləri saniyə-saniyə sosial şəbəkələrdə yayımlanıb.
Məlumata görə, Talca Maule bölgəsinin cənubunda qanadlardan birinin elektrik dirəyinə dəyməsi nəticəsində alovlanan təyyarə idarəetməni itirərək magistral yola çırpılıb: "Nəticədı pilot hadisə yerində ölüb, qəza ətrafında olan 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar".
Qəzanın səbəbinin pilotun diqqətsizliyindən qaynaqlandığı bildirilib.
Firudin Səfərli
MİA.AZ