İsrailin Qəzzaada gedən döyüşlərdə daha bir hərbçisi həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlik bildirib ki, Qəzzanın cənubunda gedən döyüşlərdə 55-ci Briqadanın 7155-ci Batalyonda xidmət edən 21 yaşlı çavuş Nitzan Şesslerin (21) həlak olub.

Məlumata görə, bununla da İsrail ordusunun Qəzza zolağına hücumlarının başladığı 2023-cü il oktyabrın 7-dən indiyədək 523 hərbçiisi həyatları ilə vidalaşıb.

Firudin Səfərli

MİA.AZ