Ekvadorda silahlı qiyama qalxan cinayətkar dəstə üzvlərinə qarşı həbs əməliyyatları davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son bir neçə gün ərzində saxlanılan cinayətkar dəstənin üzvlərinin sayı artıq 1534-ə yüksəlib: "Onlardan artıq 158 barədə həbs qətimkan tədbiri seçilib. Əməliyyat davam edir".

Xəbərdə o da deyilir ki, əməliyyat çərçivəsində 5 dəstə üzvü öldürülüb: "2 polis əməkdaşı isə, təəssüf ki, əməliyyatlar zamanı qəhrəmancasına həlak olublar".

Firudin Səfərli

MİA.AZ