“Açıq ikiüzlülük: Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir”.
Mia.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə sosial media hesabında Ermənistan Xarici İşlər Nazirliyinin iddialarına cavabında yazıb.
XİN sözçüsü bildirib ki, Azərbaycanı deportasiya və etnik təmizləmədə ittiham etmək absurd olmaqla yanaşı, həm də Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir.