Bu səhər Bakının Pirallahı rayonunda leytenant gicgahından yaralanıb.

ANS PRESS-in məlumatına görə, hadisə Türkan-Hövsan yolunda yerləşən N saylı hərbi hissədə, hərbi gəmilərdən birində baş verib. Hərbçi Nicat Rüstəmov gicgah nahiyyəsindən güllə yarası alıb. Yaralı hospitala aparılıb.

Hələlik hadisə ilə bağlı rəsmi qurumlardan açıqlama verilməyib.