Cənubi Amerika ölkəsi Ekvadorda 7 həbsxanada baş verən iğtişaş nəticəsində girov götürülən polis və həbsxana nəzarətiçiləri xilas olunub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkə Prezidenti Daniel Noboa X sosial media hesabında məlumat paylaşıb.
Hüquq-mühafizə qüvvələrini qətiyyətli və peşəkar əməliyyatına görə təbrik edən Noboa bildirib ki, onlar cinayətkar çetelərin dəstələrin əlində girov olan polis və həbsxana nəzarətiçilərini xilas etmək üçün çox çalışıblar: "Göstərdikləri səylərə görə, onları təbrik edirəm".
Prezident bəyan edib ki, bundan sonra da heç bir cinayətkara aman tanınmayacaq.
Xatırladaq ki, yanvarın 8-də 7 həbsxanada mütəşəkkil cinayətkar təşkilatların üzvləri iğtişaşlar törədib, onlar eyni zamanda, 178 polsi və həbsxana nəzarətiçisini girov götürüblər. Bu iğtişaşların başında isə hadisədənbir gün əvvəl həbsxanadan qaçan "Fito” ləqəbli dəstə lideri Adolfo Macias Salazarın durduğu iddia olunur. Maraqlı budur ki, onu hələ də həbs etmək mümkün olmayıb.
Firudin Səfərli
MİA.AZ