Məşhur rejissor Sinan Çətinin oğlu Rüzgar Çetin “Beşiktaş”ın keçmiş prezidenti Ahmet Nur Çətinin qızı Mina Nur Çebi ilə nişanlanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cütlük ailə yaxınlarının iştirakı ilə barmaqlarına nişan üzüyü taxıblar.
Xatırladaq ki, Ruzigar Şətin 2016-cı ildə qəza ilə bir polisi öldürdüyü üçün 8 ay həbsdə yatıb.
Azadlığa çıxdıqdan sonra 2019-cu ildə “Beşiktaş”ın keçmiş prezidenti Ahmet Nur Çətinin qızı Mina Nur Çebi ilə sevgili münasibəti yaradıb. O vaxtdan indiyədək cütlük hər gün bir arada olsa da, ötən axşam münasibətlərini rəsmiləşdiriblər.
Ləman
MİA.AZ